Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə pandemiyadan zərərçəkmiş sahibkarlara 41,4 milyon manat vəsait ödənilib.
Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Qeyd edək ki, vəsait 2020-ci ilin iyun ayından bu il yanvarın 1-dək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində verilib.