RƏSMİ

13 Yanvar

Ötən il hasil edilən neftin 26,3 milyon tonu ixrac olunub

2022-ci ildə hasil edilmiş 32,6 milyon ton neftin 26,3 milyon tonu ixrac olunub.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

O həmçinin bildirib ki, bu dövrdə 6,5 faiz artımla hasil edilmiş 46,7 milyard kubmetr qazın 22,3 milyard kubmetri ixrac olunub.