RƏSMİ

13 Yanvar

Mikayıl Cabbarov "Azərbaycan İnvestisiya Şirkəti"nin investisiya portfelinin dəyərini açıqlayıb

2022-ci ilin sonuna "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin investisiya portfelinin dəyəri və qərar verilmiş investisiyaların məbləği 240,3 milyon manat təşkil edib.

Fins.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twittter" hesabında bildirilib.

O qeyd edib ki, həmin məbləğin 76 %-i ağır sənayeyə, 13 %-i qida sənayesinə, 3 %-i "yaşıl iqtisadiyyat"a, 8 %-i isə digər sahələrə yönəldilib.

Nazir həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinin səmərəliliyinin artırılması qarşıdakı hədəflərdən biri olduğunu əlavə edib:"Ötən il şirkətin əməliyyat xərcləri optimallaşdırılıb, əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlilik göstəriciləri artıb".

©APA