“Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən xidmətlər, eləcə də digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim edilir.
Bu barədə Fins.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Qeyd edək ki, “Bakı KOB evi” gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir. “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər.