Ölkəmizin qeyri-neft sektorunda kapital investisiyalarının təşviqində Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) məxsusi rolu var.
Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 2022-ci ildə AİŞ tərəfindən qida emalı, quşçuluq, alternativ enerji, logistika, əczaçılıq və mədən sahələrində 5 layihəyə 10 milyon manat sərmayə yatırılıb, daha 4 layihə üzrə qarşıdakı dövrdə 20,5 milyon manat investisiyanın yatırılması qərara alınıb.