RƏSMİ

29 Dekabr

Bir sıra əsas ərzaq mallarının ölkədən aparılması qaydalarına dəyişiklik edilib

“Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərarda dəyişiklik edilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qərar bir sıra ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasına dair tənzimlənmənin əhatə dairəsinin optimallaşdırılması və qüvvədə olma müddətinin uzadılması məqsədilə hazırlanmışdır.

Qərarın qəbul edilməsi ilə iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq malları ilə təchizatı üzrə stabilliyin qorunub saxlanılması proqnozlaşdırılır.