RƏSMİ

23 Dekabr

Ələt Azad İqtisadi Zonasında işləyəcək əcnəbilərə dair viza proseduru müəyyənləşir

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt Azad İqtisadi Zonasının ərazisində işə cəlb edildiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə iş icazəsinin alınması tələb olunmayacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Ələt Azad İqtisadi Zonasında fəaliyyət üçün Ələt İqtisadi Zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və ya hüquqi şəxslərinin vəsatəti əsasında əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə işgüzar səfər vizası veriləcək.

Ələt İqtisadi zonasının hüquqi şəxslərinin təsisçilərinin, işçilərinin və ya həmin zonada müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə isə şəxsi səfər vizası veriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.