RƏSMİ

14 Dekabr

Əliyev: Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində bütün işlər 2024-cü ildə tamamlanacaq

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində bütün işlər 2024-cü ildə tamamlanacaq. Bu barədə president İlham Əliyev bəyan edib.

“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40%-i, avtomobil yolu üzrə 70%-i icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”, - Əliyev çərşənbə günü Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin sammitində bildirib.

Həmçinin, dövlət başçısı qeyd edib ki, bu ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dən çox artıb.

Azərbaycanın tranzit imkanlarına toxunan Əliyev bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir, bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılmasının nəzərdə tutulur. Həmçinin prezident Türkiyədən və Türkmənistandan olan şirkətləri Ələt Azad İqtisadi Zonasının imkanlarından faydalanmağa dəvət edib.

Prezident dəmir yolu daşımalarına toxunaraq vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə $100 milyondan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı illik 1 milyondan 5 milyon tona çatdırılacaq.

“Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur”, - prezident qeyd edib.

Bundan əlavə, Əliyev deyib ki, hazırda Azərbaycanda 8 beynəlxalq hava limanının fəaliyyət göstərir. Onun sözlərinə görə, Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.