RƏSMİ

13 Dekabr

Azad olunan ərazilərdəki gömrük postlarından İran maşınları keçməyə başlayıb

“İşğaldan azad olunan ərazidə iki - Zəngilan və Qubadlı postlarımız var”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

“İran sürücüləri müxtəlif vasitələrlə yol vergisindən qaçmaq istəyirdilər. Amma biz tələb etdik ki, yox, rüsumları ödəyin. Son həssas məqamlarda heç bir hərəkət yox idi, amma indi yavaş-yavaş başlayıblar. Artıq 3 maşın bu postlardan keçib”, - deyə Şahin Bağırov bildirib.

(c)APA