RƏSMİ

13 Dekabr

Azərbaycana dərmanların hansı qiymətlə daxil olmasının açıqlanması təklif edilir

Dövlət Gömrük Komitəsi 100-200 dərmanın ölkəyə hansı qiymətlə daxil olmasını açıqlamalıdır.

Bu təkliflə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Məşhur Məmmədov çıxış edib.

"Apteklər deyir ki, gömrük bizdən yüksək rüsum alır. Təklif edərdim ki, Komitə 100-200 dərmanın gömrükdən keçmə qiymətlərini dərc etsin. Mənə elə gəlir ki, bu dərmanların qiymətinin müəyyən qədər enməsinə səbəb olar", - deyə o qeyd edib.

©️ Report