RƏSMİ

13 Dekabr

Şəxsi ehtiyaclar üçün xaricdən gətiriləcək dərmanların miqdarı müəyyənləşdirilir

“Azərbaycanda tətbiq olunan qaydalara əsasən şəxsi ehtiyacların ödənilməsi üçün dərman vasitələrinin gətirilməsinə icazə var. Amma hansı miqdarda gətirilə bilər?”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

“Hazırda Səhiyyə Nazirliyi ilə bunun dəqiqləşdirilməsi üçün birgə işləyirik. Əfsuslar olsun ki, bəzi hallarda şəxsi ehtiyacların ödənilməsi norması təmin edilmir. Çünki bəzi dərman növləri var ki, psixotrop və ya narkotik tərkibli olur”, - deyə Ş.Bağırov bildirib.