RƏSMİ

09 Dekabr

Alternativ enerji mənbələri üçün verilən torpaqların icarə haqqı sıfırlanıb

Enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 MVt və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı nəzərdə tutulmuş icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanacaq.

Nazirlər Kabineti bununla bağı “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” qərarda müvafiq dəyişiklik edib.

Bu qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.