2022-ci il dekabrın 13-14-də Avaza Milli Turizm Zonasında Türkmənistan, Azərbaycan və Türkiyə dövlət başçılarının Üçtərəfli Zirvə görüşü keçiriləcək.
"Fins.az" xəbər verir ki, bu barədə Türkmənistanın TDH dövlət xəbər agentliyi məlumat yayımlayıb.
Məlumat görə, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov sammitin yüksək səviyyədə keçirilməsi haqqında qərar imzalayıb.
Məlumatlara görə, üçtərəfli Avaza sammitində bir sıra mühüm sazişlərin imzalanması gözlənilir. Gözlənilir ki, üç ölkə prezidenti arasında danışıqların əsas mövzularından biri də Türkmənistanın enerji resurslarının Avropaya ixracı imkanlarının müzakirəsi olacaq.
Həmçinin üçtərəfli görüş ərəfəsində üç ölkənin energetika, nəqliyyat və xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Müəllif:Aynur Qəniyeva