Azərbaycan prezidenti İlham Əliyev Rusiyadan Azərbaycana turist axınında artım olduğunu qeyd edir.
“Bu il Rusiyadan Azərbaycana turist axını təxminən 80% artıb”, - Əliyev cümə günü Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini qəbul edərkən deyib.
Həmçinin Əliyev Rusiya ilə Azərbaycan arasında reyslərin sayında artım qeyd edib. “Səfərinizdən öncə statistik məlumatlara nəzər yetirdim və aviareyslərin sayının artımına görə şad oldum. Həftədə 130-dan artıq reys, yəni biz praktiki olaraq, ən yüksək göstəricilərə nail olmuşuq”, - o bildirib.
Dövlət başçısı qeyd edib ki, azalma pandemiya ilə əlaqədar olub və hələlik pandemiya öncəsi səviyyəyə çatmayıb.
“Lakin ölkələrimiz arasında sıx, dostluq münasibətlərini, müttəfiqlik qarşılıqlı fəaliyyəti nəzərə alaraq, əməkdaşlıq gündəliyini genişləndirməyə ümid edirik, buna görə uçuşların sayı artacaq”, - Əliyev qeyd edib