Mən bu səfəri yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu, gələcəkdə görməli olduğumuz işlərin düzgün qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
"Fins.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Biz müxtəlif sahələrdə - siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın səviyyəsindən çox məmnunuq”, - Prezident İlham Əliyev vurğulayıb.