RƏSMİ

10 Noyabr

Samir Şərifov: “Hər bir nazirlik xərclər barədə hesabat verməlidir”

“Yeni filmlərin çəkilməsi, yeni tamaşaların hazırlanması üçün növbəti ilin büdcəsində müvafiq vəsait nəzərdə tutulub”.

“Fins.az” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı bildirib.

O qeyd edib ki, bu vəsaitin istifadəsinə nəzarət gücləndirilməlidir: “Onlar təyinatı üzrə xərclənməlidir. Zəfərimizin işıqlandırılması üçün yeni filmlərin çəkilməsi, yeni tamaşaların hazırlanması böyük əhəmiyyət kəsb edir. Bunların nəticəliliyinə gəldikdə, hər bir sahənin nazirliyi ayrılan vəsaitin xərclənməsi barədə tam hesabatlarını təqdim etməlidir”.