“Qazan təminatı” (Hərbçilərə verilən “çörək pulu” - red.) məsələsi ilə məşğuluq. Yəqin ki, burada müəyyən təkliflər olacaq”.
“Fins.az” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
“Cənab Prezidentin tapşırığı ondan ibarətdir ki, hərbi sahəyə xüsusi diqqət yetirilsin. Bu istiqamətdə də müvafiq işlər görülür. Hərbçilərin sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində hər il, ordumuzda 20 il xidmət keçən hərbi qulluqçulara mənzillər verilir. Bu proqram hər il davam etdirilir. Bu məsələyə də biz baxacağıq və müvafiq təkliflər olacaq”, - deyə maliyyə naziri bildirib.
Qeyd edək ki, daha əvvəl çıxış edən millət vəkili Məlahət İbrahimqızı hərbçilərə verilən “çörək pulu”nun az olmasını qeyd edib. O vurğulayıb ki, bu vəsaitin artırılmasına baxmayaraq, hələ də hərbçilərə gündəlik 0,60 manat çörək pulu verilir.