2023-cü ildə dövlət büdcəsi gəlirlərinin 13402,0 milyon manatı və ya 43,6 faizi Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilolmaların payına düşür.
"Fins.az" barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1662,0 milyon manat və ya 14,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 4872,8 milyon manat və ya 57,1 faiz çoxdur.
Dövlət Vergi Xidmətinin xətti ilə 2023-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 62,6 faizi və ya 8385,0 milyon manatı qeyri-neft sektorunun, 37,4 faizi və ya 5017,0 milyon manatı neft sektorunun payına düşür.
Qeyd edək ki, DVX xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 12,6 faizi həcmində nəzərdə tutulub.