Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib.
Prezidentin sərəncamı ilə, Rövşən Rüstəmovla bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
“Fins.az” ADY-nin yeni sədrinin bioqrafiyasını təqdim edir:
Rüstəmov Rövşən Mürvət oğlu 6 oktyabr 1980-ci il İmişli rayonunun Cəfərli kəndində anadan olub.
O, 1997-2001-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb.
Daha sonra, həmin Akademiyasda təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
Rövşən Rüstəmov 2004-2012 “Azərpoçt” MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan sonra “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində (2012-2014-cü illər) işləyib.
ADY-nin yeni sədri 2014-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. Üç il sonra – 2021-ci ildə Azərbaycan Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.