Azərbaycanın 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 mlrd. 300 mln manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 mln manat təsdiq ediləcək.
Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə bildirilib ki, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 mlrd manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.
Qeyd edək ki, ötən ilin dövlət büdcəsində dövlət borclanmasının yuxarı həddi 1 mlrd. 100 mln manat, xarici borclanmanın yuxarı həddi isə 600 mln manat olub. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 800 mln min manat məbləğində təsdiq edilib.