RƏSMİ

24 Oktyabr

Dövlət başçısı: 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kub metrə çatacaq

“Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazirin də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir və biz yeni layihələr haqqında düşünürük”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.

“Biz qaz ixracatını dünya bazarlarına artırmaq fikrindəyik. Bu il 22 milyard kub metr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Və beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kub metrə çatacaq. Və əlbəttə ki, bununla əlaqədar ikitərəfli

formatda görüləcək işlər həm müzakirə olundu, həm gələcək müzakirələrə də ehtiyac var”, - dövlət başçısı qeyd edib.