RƏSMİ

24 Oktyabr

Dövlət başçısı: “Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub”

“Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

“O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarşılıqlı, faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir”, - dövlət başçısı bildirib.