RƏSMİ

06 Oktyabr

Baş nazir: "Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi artım trayektoriyasına qayıdıb”

“Sevindirici haldır ki, pandemiya zəiflədikcə, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi artım trayektoriyasına qayıdıb”.

Bunu Baş nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib.

O, əlavə edib ki, bu ilin 8 ayında Azərbaycanın Xəzər regionu ölkələri ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 45%-dən çox artıb.

Azərbaycanın iqtisadi göstəricilərinə də toxunan Baş nazir qeyd edib ki, cari ilin 8 ayının yekunlarına görə, ölkədə iqtisadi artım müşahidə olunur, xarici ticarət sahəsində müsbət dinamika qorunub saxlanılır.