RƏSMİ

26 Sentyabr

Jurnalistlərin Media Reyestrindən hansı hallarda çıxarılacağı məlum olub

Media Reyesterinə daxil edilmiş jurnalistlərin Reyestrdən hansı hallarda çıxarılacağı məlum olub.

Bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Media Reyestrinin aparılması Qaydaları”nda əskini tapıb.

Qaydalara əsasən, reyestrə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:

- jurnalistin ərizəsi olduqda;

- Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər tələblərə cavab vermədiyi aşkar edildikdə;

- ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;

 

 

- öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

- yayımladığı informasiyanın Qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;

- işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Reyestrdən çıxarıldıqda;

- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.

- Bu Qaydalarda qeyd edilən hallarda Agentlik tərəfindən media subyektlərinin və jurnalistlərin Reyestrdən çıxarılması barədə əsaslandırılmış qərar qəbul olunur və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.