RƏSMİ

21 Sentyabr

Bu işçilərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.

“Fins.az” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət noyabrın 1-nə kimi uzadılıb.

Xatırladaq ki, əvvəl bu müddət sentyabrın 1-nə kimi nəzərdə tutulurdu.