“Azərbaycan Respublikasında “Turizm İşçiləri Günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edilib.
“Fins.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sentyabrın 19-da Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasında “Turizm İşçiləri Günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1494) birinci hissəsində “27-si” sözləri “29-u” sözləri ilə əvəz edilib.
Dəyişikliyə əsasən Turizm İşçiləri Günü bundan sonra sentyabrın 27-də deyil, 29-da qeyd olunacaq.