RƏSMİ

16 Sentyabr

Gələn il dövlət büdcəsində qrantların həcmi nə qədər olacaq?-MƏBLƏĞ

Gələn il dövlət büdcəsində qrantlar və digər ödənişlər üzrə xərclər 507,8 milyon manat proqnozlaşdırılır.

"Fins.az" xəbər verir ki,bu barədə  Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında məlumat verilir.

Bu, 2022-ci illə müqayisədə 25,5 milyon manat, yaxud 5,3 faiz çoxdur.

Dövlət büdcəsinin xərclərində qrantlar və digər ödənişlərin xüsusi çəkisi isə dəyişməyəcək, 1,5 faiz olacaq.