RƏSMİ

16 Sentyabr

Orta illik inflyasiyanın 6,9 faizə enəcəyi proqnozlaşdırılır

İqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji prioritetlərdən biri olmağa davam edəcək.

“Fins.az” xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair məlumatda bildirilir.

İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir.

2026-cı ildə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 78 faizə, neft sektorunun payının isə 22 faizə bərabər olacağı proqnozlaşdırılır.

Baza ssenaridə 2022-ci ildə 12,5 faiz, 2023-cü ildə isə 6,9 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2026-cı ildə 3,6 faizə qədər enəcəyi gözlənilir