RƏSMİ

15 Sentyabr

Gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə nə qədər vəsait ayrılıb?-MƏBLƏĞ

Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 320,1 milyon manat proqnozlaşdırılır.

“Fins.az” xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair məlumatda bildirilir.
Bu, 2022-ci illə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.