Sentyabrın 8-də baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.
"Fins.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və maliyyə naziri Samir Şərifovun məruzələri dinlənilib.
2023-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib