Prezident İlham Əliyev Bəhruz Quliyevi Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edib.
“Fins.az" xəbər verir ki, bu barədə Haqqin.az məlumat yayıb. B.Quliyev DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin yerinə təyin olunub.
Qeyd edək ki, Bəhruz Quliyev 2022-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
O, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.