RƏSMİ

28 İyul

Natiq Əmirov: İqtisadi artımımız dünya üzrə orta proqnozdan 2 dəfə çoxdur

"Azərbaycanda iqtisadi artımın indiki səviyyəsi (illik 6,2%) bu il üçün dünya üzrə orta artım proqnozunu 2 dəfə üstələyir".

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.

"Beynəlxalq valyuta Fondu (IMF), Dünya Bankı (WB), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünyada iqtisadi artımın yavaşlaması barədə proqnozlar verdiyi halda, Azərbaycanda bu ilin ilk 6 ayında iqtisadi artım sürətlənərək 6,2%-ə çatıb. Deməli, Azərbaycan dünya iqtisadiyyatında xüsusi çəkisini artırır. Ölkəmizdə iqtisadi artım daha çox innovasiya yönümlü olub, əsasən qeyri-neftsənayesi, nəqliyyat və informasiya, habelə rabitə xidmətləri sahəsin əhatə edib.

Azərbaycanda sənayeləşmə və rəqəmsallaşma orta dünya göstəricisini 2-3 dəfə üstələyir. IV sənaye inqilabının əhatə etdiyi bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqinin genişlənməsi, insan kapitalının güclənməsi, idarəetmənin səmərəliliyinin yüksəlməsi, eyni zamanda bu ilin ilk 6 ayında qeyri-neft sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin 18,5% artması iqtyisadi artımı şərtləndirən amillərdir", - o deyib.