RƏSMİ

19 İyul

Azərbaycanda hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək

Azərbaycanda ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək.

Bu, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanında əksini tapıb.Fərmana əsasən, Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etməlidir.