RƏSMİ

05 İyul

Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 34 % artıb

Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 371,5 milyon manat vəsait daxil olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% çoxdur.

Hesaabat dövründə büdcəyə sair daxilolmalar isə 164,2 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 6,35% çoxdur.