RƏSMİ

05 İyul

Vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 50%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6482,1 milyon manat vəsait daxil olub.

Fins.az xəbər verir ki, bu da proqnoza nisbətən 2064,7 milyon manat və ya 46,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 2140,1 milyon manat və ya 49,3 faiz çoxdur.

Qeyd edək ki, həmin vəsaitin 67,6 faizi və yaxud 4381,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1206,0 milyon manat və ya 38,0 faiz çoxdur.