RƏSMİ

05 İyul

Azərbaycanın builki icmal büdcəsində 3,8 milyard manat profisit yaranıb

2022-ci ilin ilk altı ayında Azərbaycanda icmal büdcənin gəlirləri 18149,7 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2820,8 milyon manat və ya 18,4 faiz çoxdur.

İcmal büdcənin xərcləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 1590,6 milyon manat və ya 12,5 faiz artaraq 14343,0 milyon manat icra olunub.

Cari ilin ilk altı ayında icmal büdcədə 3806,7 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1230,2 milyon manat və ya 47,7 faiz çoxdur.