RƏSMİ

02 Aprel

Bakıda “Azərbaycan-İtaliya: Çoxölçülü strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçirilir

2 mart. Fins.az – Aprelin 2-də ADA Universitetində “Azərbaycan-İtaliya: Çoxölçülü strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçirilir.

ADA Universitetindən verilən xəbərə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio, ADA Universitetinin tələbə və məzunları ilə yanaşı, hökumətin üzvləri, Milli Məclisin deputatları, xarici diplomatlar, dövlət və özəl sektoru təmsil edən səlahiyyətli şəxslər iştirak ediblər.

Həm İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi, həm də konfrans Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə təşkil edilib.