RƏSMİ

17 Mart

Nazir polkovnikə yüksək vəzifə verdi

Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sərəncamda olan polis polkovniki Şaiq Əliyev DİN-in Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.

Ş.Əliyev bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.