RƏSMİ

17 Mart

Azərbaycanla Türkiyə arasında qazın tədarükünə dair Anlaşma Memorandumu təsdiq edildi

Azərbaycan Energetika Nazirliyi ilə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.