RƏSMİ

09 Mart

Ehtiyat Fondundakı vəsaitin 39 faizi COVİD-lə mübarizəyə xərclənib

Ehtiyat Fondundakı vəsaitlərin 40%-ə yaxını pandemiya ilə mübarizəyə xərclənib.

Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Keçən il dövlət büdcəsinin Ehtiyat Fondundan cəmi 680. 4 mln manat istifadə olunub.

Bu vəsaitdən 265.9 mln manat koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə yönəldilib. Başqa sözlə, Ehtiyat Fondundakı vəsaitin 39%-i pandemiya ilə mübarizəyə yönəldilib.