RƏSMİ

09 Mart

Dövlət büdcəsindən ötən il iqtisadi fəaliyyətə 5,5 mlrd. manat xərclənib

Ötən il Azərbaycanın dövlət büdcəsindən iqtisadi fəaliyyətə 5 500,6 mln. manat vəsait xərclənib.

Bu barədə Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında deyilir.

Qeyd olunur ki, bu, 2020-ci illə müqayisədə 0,8% azdır. İqtisadi fəaliyyətə yönələn vəsatinin büdcə xərclərinin 20,05%-ni təşkil edib.

Ötən il büdcə xərcləri 27 422,4 mln. manat səviyyəsində icra edilib ki, bu da illik müqayisədə 3,8% çoxdur.

Xatırladaq ki, təsdiqlənən "2022-ci il dövlət büdcəsi haqqında” qanuna əsasən Azərbaycan büdcədən bu il iqtisadi fəaliyyətə 5 947 mln. manat yönəldəcək.