RƏSMİ

09 Mart

Azərbaycan hökuməti martın 15-də parlamentdə hesabat verəcək

Milli Məclisin martın 15-də keçiriləcək iclasında hökumətin 2021-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatının dinlənilməsi planlaşdırılır.

Bu barədə “Fins.az”a parlamentdən məlumat verilib.

Hesabatda respublikada makroiqtisadi vəziyyətin təhlili, COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər, ötən ilin dövlət büdcəsinin icrasına dair məlumatlar, maliyyə bazarının ayrı-ayrı seqmentlərinin inkişafı, hökumətin sosial problemlərin həllinə yönəlmiş fəaliyyəti, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri, MKT subyektlərinin fəaliyyətinin yekunları, sahibkarlıq fəaliyyətinin inkişafının stimullaşdırılması tədbirləri yer alır