RƏSMİ

24 Fevral

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. 

"Fins.az" xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 may saat 06:00-dək uzadılıb.