Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yeyinti məhsulları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsidir.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.