RƏSMİ

28 Sentyabr

Prezident Nərimanov rayonuna 6.4 milyon manat ayırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Fins.az-ın xəbərinə görə, Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon (altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.