RƏSMİ

14 Sentyabr

Dövlət orqanları tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən əldə edilən vəsaitdən istifadə qaydası təsdiqlənib

“Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası” təsdiq edilib.
Fins.az-ın məlumatına görə, Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, qərarda dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitin onların funksional fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri xərclərin ödənilməsinə, işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə vəzifə maaşlarına əlavələrin verilməsinə, mükafatlandırılmasına, elmi-texniki potensialın artırılmasına, əlavə təhsil almasına, qurumların maddi-texniki bazasının möhkəmləndirilməsinə və qanunvericiliklə qadağan edilməyən digər xərclərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Həmin Fərmana əsasən, zəruri hesab edildiyi halda qurumun tabe olduğu dövlət orqanının əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün yuxarıda qeyd edilən vəsaitdən istifadə olunması da nəzərdə tutulub.