RƏSMİ

14 Sentyabr

Təhsil Tələbə Kredit Fondu nazirliyin tabeliyindəki qurumların Siyahısına salınıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı artırılıb.

Fins.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar bölməsinə Təhsil Tələbə Krediti Fondu əlavə edilib.