RƏSMİ

13 Sentyabr

Vilayət Eyvazov Gəncəyə yeni TƏYİNAT etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Baş əməliyyat müvəkkili vəzifəsinə yeni təyinat olub.

Bu vəzifəyə polis polkovnik-leytenantı Qoşqar Əliyev təyin edilib.

Qeyd edək ki, Q.Əliyev bundan öncə Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi işləyib.