RƏSMİ

09 Sentyabr

Azərbaycanın dövlət borcu ÜDM-in 21,6 faizini təşkil edib

01 iyul 2021-ci il tarixi vəziyyətinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17349,0 milyon manat və ya ÜDM-in 21,6 faizini təşkil edib. Məcmu dövlət borcunun 14622,7 milyon manatı (8601,6 milyon ABŞ dolları) və ya 84,3 faizi xarici dövlət borcunun, 2726,3 milyon manatı və ya 15,7 faizi daxili dövlət borcunun payına düşür

Fins.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyi tərəfindən dərc olunmuş makroiqtisadi proqnozlarda öz əksini tapıb.

Məlumata görə, 01 iyul 2021-ci il tarixi vəziyyətinə birbaşa xarici dövlət borcu 7838,9 milyon ABŞ dolları və ya 2021-ci il üzrə 80173,0 milyon manat məbləğində Ümumi Daxili Məhsulun (ÜDM) 16,6 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 762,7 milyon ABŞ dolları və ya ÜDM-in 1,6 faizini təşkil etməklə, xarici dövlət borcu 8601,6 milyon ABŞ dolları və ya ÜDM-in 18,2 faizini təşkil edib.

01 iyul 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 2495,2 milyon manat və ya ÜDMin 3,1 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231,1 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 2726,3 milyon manat və ya ÜDM-in 3,4 faizini təşkil etmişdir. 2021-ci ilin əvvəli ilə müqayisədə 1 iyul tarixinə dövlət borcunun ÜDM-ə nisbəti 23,4 faizdən 1,8 faiz bəndi azalaraq 21,6 faizə çatıb. 

Müəllif:Aynur Qəniyeva