2020-ci ildən başlayaraq dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Ötən dövrdə Azərbaycan höküməti koronavirusla mübarizədə üzərinə düşən işi layiqincə yerinə yetirməyə çalışıb, vətəndaşların sağlamlığını qorumaq üçün lazımi təxirəsalınmaz tədbirlər icra olunub. Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın nəzarəti altında ən müasir xəstəxaanalar tikilib, avadanlıqlar alınıb. Bu işlərin nəticəsində Azərbaycan vaksinasiyaya ilk başlayan ölkələrdən oldu.
Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, yaz aylarında insanların qaydalara əməl etməsi və kütləvi vaksinasiya nəticəsində yoluxma sayı aşağı düşdü, xəstə sayı hədsiz dərəcədə azaldı:
“Beləliklə yumşaldılmalara gedildi. Bu gözlənilən və arzuolunan idi. Xüsusilə il yarım ərzində toy şənlikləri keçirə bilməyən insanların istəkləri nəzərə alınaraq müəyyən qaydalar çərçivəsində bu cür tədbirlərin keçirilməsinə icazə verildi. Açıq havada maska taxılması qadağası götürüldü. Təəssüf ki, bu dövrdə insanların qaydalara əməl etməməsi, toy şənliklərinin keçirilməsi zamanı verilmiş saya riayət olunmaması, COVID pasportunun müxtəlif yollarla alınması, koronaviruslu xəstlərinin bu cür şənliklərdə iştirak etməsi yoluxma sayının artması ilə nəticələndi. İnsanlar bu proseslərdə məsuliyyətsizlik göstərdi və artıq yoluxma sayı 4 rəqəmlidir. Bu hər birimizi narahat edir”.
Deputat qeyd edib ki, yoluxmaların bu templə artması hansısa sərt qaydaların yenidən tətbiq olunması məsələni gündəmə gətirə bilər:
“Bu, arzuolunan deyil. İnsanlar sərt qapanmalarn olmasını istəmirlər. Lakin vətəndaşların sağlamlığını qorumaq üçün mütəxəssislərin rəyi ilə ciddi addımlar atılmalıdır. Vəziyyətdən çxımaq üçün vətəndaşların vaksinasiya olunmasına nail olmalıyıq. Bunun üçün hər iki vaksini vurduran insanların sayında artım olmalıdır. Belə olanda risk faktorunu azalda bilərik. İnsanların çox olduğu yerlərdə maskalardan istfadə etməyə çalışaq. Vacib olmadıqca qapalı məkanlara daxil olmayaq. Çalışmalıyıq ki, ara məsafəsi gözləyək, maska taxaq, giigyenik qaydalara əməl edək. Yaxın dövrdə sərt qaydaların tətbiqini və qapanmaların olmasını istəmiriksə, ətrafımızda təbliğat işləri aparaq və vaksinasiyaya ciddi yanaşaq. Bu işə hər kəs səfərbər olmalıdır. Dövlətin həyata keçirdiyi tədbirlərə kölgə salmaq üçün çətin dövrü dəf etməliyik”.
(c)Trend